BİLİNMƏZ
Dad-həzar əlindən yarımçıq kəsin,
Boş danışar, kamil sözü bilinməz. Yaxşını-yamanı hey qarışdırar, Nə əyrisi, nə də düzü bilinməz. Qısır bulud kimi hey guruldayar, İrəli getməkdən, yerində sayar. Fitnələr törədib, ellərə yayar, Astarı bilinməz, üzü bilinməz. Qarışdırar müdam ağı-qaranı, qurdalayar qaysaq tutmuş yaranı. Başında əsdirər soyuq boranı, Baharı bilinməz, yazı bilinməz. Şeytan sığal çəkib onun üzünə, Fikir verməz danışdığı sözünə. Baxmaz yolun əyrisinə-düzünə, Cığırı bilinməz, izi bilinməz. Əflatunam, budur sözüm müxtəsər, Müxənnətə eyləmərəm bir nəzər. Zatı qırıq kəsdən Allah da bezər, Bir hesabı, əlli-yüzü bilinməz. |