SÜRGÜN GEMİLER
***
Hani sürgün gəmilər,rəngi bəyaz,orda dənizdə, Açıb yelkənlərini kəndini rüzgarə buraxmış. Süpürür göy üzünü pənbə buludlar ki,xəbərsiz, Qovur qovduqca uzaq,kim belə avarə buraxmış. Dənizin səthinə bax,sanki,bəbək...uyqudadır o, Yelləyir kom ləpələr,qırçını gündən gümüş olmuş. İçə daldıqca dalıb,ən ucu göylərdə qərarsız, Yosun köynəkli suyun damlası dən-dən gümüş olmuş. Yarılır bağrı həmən,arxada çaxnaşma,təlatüm, Dalğalar iz buraxır,qosqoca həsqət,qarı nisgil. Son vida mı...xəzanın rəngi kimi orda üfüqlər, Sahilə çırpılaraq tüğyan edir sapsarı nisgil. ...Odur,orda o xəyal,lal dənizin ən kənarında, Bilmədən sevdiyim o son dəfə qalxmış mənə gəlmiş. Məni sürgün göməcək bəlkə qəriblikdə fənaya, Tapınıb göz yaşına eşqə müdam o yenə gəlmiş. Onu sevdim ölümün astanasında nə qəbahət, Amma,heç sev demədim... Ah,nə yazıq keçdi zamanı. Doğru məchula qoşur mən də onun tərkinə möhtac, Üzürük sürgünə tuş,hər nə qədər varsa gümanı. Boylanır dor ağacı... Orda,üfüqlərdə sabah mı? Açır öz yelkənini hər dəfə coşduqca küləklər. Hani sürgün gəmilər rəngi bəyaz orda,dənizdə, Baxır sahildən ona qəm daşıyan üzgün ürəklər. *** |
Kalemin susmasın
.............................Saygılar