MAVİ RƏNGİN İNTİHARI
***
Zaman ötürmüşdü mevsimlərdən üçünü, dördüncüyə gəbəydi. Saralmış yapraqları gömmüşdü toprağın çamurlarına, bir az da qar çiləmişdi üzünə. Nəfəslərin hovultusundan soyuq buğ qalxırdı- duman kimi, odun sobalarının tüstü dumanıydı sanki- burum burum... Bir mavilik axırdı günəşin bulutları yarıb geçən zərrələrindən kirpiklər arasına, hər şey maviyə bürünmüşdü: geçib gedən insanların sıfatı, uzunsov qafaların qoxumuş ağılları, Tanrıya açılan ovucların içi... Divarlar da maviyə çalırdı, arxasından baxan gözlərin də rəngi maviydi, bu günün bir rəngi varıydı-MAVİ. Lutun uyardığı kişilərin əxlaqından, dəhşətli məhbəslərin soyuq köşələrindən, "yootubun" həvəslə izlənən səhifələrindən sızıb gəlmiş sokaklara. Axşamın də dodaqları azacıq qaçmışdı bu gün, saklı yerlərin oyunçaqsız oyunlarına, xəyalgir şahların məzələrinə, hal dəyişən ehtirasların nadincliyinə. Tanrının rəngiydi bu gün MAVİ... Necə də soyuq günüydü bu gün. Ayaq barmaqlarımın ucunda saxtanın sızıltısı, əl barmaqlarımın ucunda taxta sandalyanın buz təması... VƏ ixtiyar çayçının mantoma dağıtdığı beş on damla qara çayın peşmanlığı. Yazıq hırsından tüpürməyə də yer bulabilmir. Boş ver,ixtiyar! Suratına tüpürüləsi yüzlərlə qəhbə qədərlər varıykən, beş on damlanın sözü mü olur?! Sokağı seyredirəm, başarısız bir rəssamın palitrasında rənglərin ürəkbulandıran qarışığı... SOKAK bir xəbərdən diksinir- intihar etmiş birisi, rəngindən dolayı... "Allahım,rəngimizə şükür"- deyirəm! * Dün gecə bayquş da qənd aparmışdı, Köpək ulamışdı sokak başında. Tanrıdan izinsiz,bəlkə xəbərsiz, Əzrail oturmuş elçi daşında. * Bir məzar boyutda cana susamış, Üsyan püskürürkən qüsurlarına. Şükürsüz əyləmin inadına,o Gəlib əl qoymuşdu həyat varına. * Boynunda həmayil-ölüm ilgəyi, Torpağa sallanmış günahkar bədən. Səksiz bir qüdrətin xətası mı,ah, Taleyin rəngi mi ölümə nədən. * Nöqsan mı,xislət mi... Bir Allah bilir, Bəzən eyni qarın fərqli doğarmış. Bizim sandığımız fərqliliklərın, Tanrı dərgahında səbəbi varmış! *** |
Kalemin susmasın
.....................Saygılar selamlar