TƏK QALIB
*****
Sözün qılıncını daşa çəkən yox, Qaldırıb ayaqdan başa çəkən yox, Bir dünya yükü var,qoşa çəkən yox, Yorulub meydanda hamı tək qalıb. * Küfrü ibadətdi meyxanələrin, Ağıldan qəhr olmuş divanələrin, İtib etibarı pərvanələrin, Qanadı qırılıb,şamı tək qalıb. * Vələdin peyvəndi cırına calaq, Bəbəkdi tüplərdə bir damla "aləq", "... bi ismi rabbikə əlləzi xaləq", Əlifi pozulub,lamı tək qalıb. * Həyat burulğandı ən ortasında, Kim hansı basında,mən ortasında, Bu qoca dünyanın tən ortasında Dədəm Ələmdarın damı tək qalıb. * |
Kalemin daim olsun
_____________________Selamlar