QƏLƏMƏ SARILDIM BU GECƏ...
***
("bitməyən gecələr" dən) *** Qələmə sarıldım bu gecə,fəqət Yazmağa içimdən söz bulamadım. Yüz hava oynatdı qəlbimi bəmdən, Təzanə buldum da,saz bulamadım. * Ruhuma hayqıran duyğular qərib, Əlimdə tutduğum qələm umutsuz. Tənhayam zülmətin tən ortasında, Kəlmələr mutsuzdu,bir də mən mutsuz. * Fikirlər dolaşır qayğılarıma, Mənası dönməyir söz qəlibinə. Dağılır tökülür,tikiş tutmayır, Düzürəm,sığışmı r öz qəlibinə. * Gönlün dingildəyən vaxtı hayanda... Odu alışmayır bədava yerə. İlhama qalmışdı təkcə,gümanım, O da çalışmayır bədava yerə. * Ayın südişığı zülməti yarıb, Mirvari sapına düzülən kimi Düzülür badəmin dodaq yerinə. Süzülür su daşdan süzülən kimi. * Açıb qapamağa həvəsim sönük, Camsız pəncərəmə soxulur külək. Dayadır başını omuzlarıma- Bir yanda şeytandı,bir yanda mələk... * Tanrıya gedim mi,yalvarım mı,ah... Şaşırmış,üzümə baxır dualar. Dilim ki,onlara alışıq deyil, İçimdən içimə axır dualar, İçimdən içimə axır dualar. *** |
Alkışlıyorum kalemi
Yüreğine sağlık
_________________________________________Saygılar selamlar