YAŞA,ÜRƏK
***
Ürək,yetər qövr eləmə, Bezib dərddən fövr eləmə, Hərdəmxəyal dövr eləmə, Nə vaxtındı,yasa hələ. * Tüstü dərdi,araq dərdi, Qov özündən iraq dərdi, Çəkən çəksin burax dərdi, Nə vaxtındı, yaşa hələ. * Aman,"oram- buram" etmə, Heç ölməyi məram etmə, Ömrü mənə haram etmə, Nə vaxtındı,yaşa hələ. * Kim deyir ki,keçmiş dəbin, Coşan qanın,sevən təbin, Bu dərmanın,bu da həbin... Nə vaxtındı,yaşa hələ. * Sevgi desən,halalındı , Öz xislətin,öz halındı, Uyma qəmə,zavalındı, Nə vaxtındı,yaşa hələ. * Müntəzirəm əmrinə mən, Küy səsinə-səmrinə mən, Qurban olum ömrünə mən, Nə vaxtındı,yaşa hələ. *** araq-vodka,rakı tüstü-siqara dumanı |
Alkışlıyorum kalemi keyif aldım okurken
Yüreğine sağlık
_________________________________________________Saygılar selamla