BANU KARI
BANU ARVAD(karı)
(MÜHEMMES) MÜXƏMMƏS Gecələr girib qoynuna qızdıracaq canı advad! Işvə satıb naz edəcək, coşduracaq qanı arvad! Oduna yandırıb səni, çevirəcək yönü arvad! Bax yuxunu ərşə çəkib, ağardacaq danı arvad! Məst olacan yanı üstə, qurudacaq yanı arvad! Səhər-səhər cilvələnib qarşında süzüb gəzəcək; Oynadıb qara gözünü canını üzüb gəzəcək; Badam, püstə dodağını naz ilə büzüb gəzəcək” Qaldırıb hicran yükünü sinənə düzüb gəzəcək; Həmi evin yaraşığı, həm sultanı, xanı arvad! Gülər üzü , xoş camalı, səs-sorağı eldə gəzər; Isməti, arı, namusu ağızlarda, dildə gəzər; Qurşayıb gümüş kəməri, nazik-incə beldə gəzər; Tezcə gedər, tez qayıdar, yollarda nə çöldə gəzər; Bir nəsilə ad gətirər, şöhrət ilə şanı arvad! Hər yerdə tərif eyləyib qaldıracaq hörmətini; Evinə dirək olacaq, artıracaq sərvətini; Bircə gün də ayrı qalsa çox çəkəcək möhnətini; Ay Coculu, el görəcək onda onun mərfətini; Ömrə-günə vəfa edib olacaqdır Banu arvad! |
Yüreğine kalemine sağlık
Yürek sesin susmasın
__________________________________________Saygılar