Babalar gününe
Tüm Türk milletini Azerbaycan Türkleri adından
Babalar günü münasibet ile tebrik edir ve halkıma Milletlerin önünde addımlamasını arzulayıram. Bu şiirimi Babalar gününe ithaf edirim. BABADAN MİRAS Hər kəsə babadan bir miras qalır, Mənim ki, nə sərvət, nə ziynət oldu. Kimiyə mal qaldı, kimiyə dövlət, Mənə qalanlarsa zəmanət oldu. Babam dürüst oldu, yalan demədi, Ac oldu, tox oldu haram yemədi, Heç kimin önündə boyun əymədi, Mənə ötürdüyü əmanət oldu. Babam ad almışdı , həm sanlı idi, Sözündə, şəxsində vicdanlı idi, Haqsıza qarşılı çox qanlı idi, Mənim götürdüyüm dəyanət oldu. Ədalət yolunda candan keçərdi, Ləyaqətli, doğru yolu seçərdi, Nə əkərdi elə onu biçərdi, Kim deyər millətə xəyanət oldu. Ay Coculu mirasın da böykdür, Dizində, çiynində çox ağır yükdür, Qorxağın, yaltağın gözü döyükdür, Keçmişdən bu günə bəyanət oldu. |