0
Yorum
3
Beğeni
5,0
Puan
136
Okunma
RUHUMUZUN ƏSİRİYİK
Yavaş-yavaş işğal edir,
Ərəb bizim ruhumuzu.
Öz qınında pasladırıq,
Idrak adlı oxumuzu.
Belə getsə ağlımızın,
Kəsəri də kütlışəcək.
Mental-mental düşüncələr,
Tabulaşıb bütləşəcək.
Baxa-baxa arxamıza,
Yük olacaq zaman bizə.
Qaranlıqlar çökəcəkdir,
Gələcəkdə ömrümüzə.
Qara-qara pərdələrin,
Arxasında çökəcəyik.
Insanlığın qəm yükünü,
Ağır-ağır çəkəcəyik.
Sərsəmləyir ağlım mənim,
Yox-yox belə olmayacaq.
Millətim öz nəsibini
Qaranlıqdan almayacaq.
Üfüqlərin arxasından,
Aydın günəş çıxacaqdır.
Insan oğlu gələcəyə,
Ümidlərlə baxacaqdır.
Qara-qara pərdələri,
Gözümüzdən sökəcəyik.
Gələcəyin tablosunu,
Al şəfəqlə çəkəcəyik.
Ruhumuzun əsiriyik,
Bir gün azad olacağıq.
Biz qurucu millət kimi,
Tarixlərdə qalacağıq.
5.0
100% (1)