Hayat Mayhiyyetce hiç deyişmedi
HƏYAT MAHİYYƏTCƏ HEÇ DƏYİŞMƏDİ
Min oyun açdılar, min bir fənd ilə, Insanın başına Tanrı dinləri. Yaşatdılar güman ilə, zənd ilə, Adəmdən başladı qara günləri. Fironlar, Amonlar allah adında, Bütlərə tapındı insan övladı. Yatdılar tarixin yaddaşlarında, Min illər keçsədə fayda olmadı. Allahlar yarandı min bir ad ilə, Insanın üzünə gülmədi bəxdi. Məzlumlar doğuldu min fəryad ilə, Zalımın güc ilə quruldu təxti. Budda büt deyildi, bütlərə döndü, Yandı öz odunda külə çevrildi. Göylərdən nə qədər tanrılar endi, Insanın vücudu göyə sovruldu. Prometey dünyanı atəşsiz görüb, Zevsin dərgahından od oğurladı. O, neçə allahla üz-üzə durub, Dünyanın bətninə od dığırladı. Zərdüşt də dünyaya atəş payladı, Ancaq bu dünyanın canı qızmadı. Insanı çevirib allah eylədi, Tarix bu olayı doğru yozmadı. Isa inkar etdi çox allahlığı, Çarmıxa çəkdilər, əfsanələşdi. Insana çəkdilər yenə göz dağı, Həyatın mənası nə də dəyişdi. Dünya anlamayıb İsaya qədər, Sən demə çox deyil, Allah bir imiş. Insanlar Allahsız yaşamış hədər, Musaya, İsaya işarə vermiş. Bilmədik məqsədi nə imiş görən, Birliyi haqqında vəhy göndərilməmiş. Zabur, Tövrat, İncil nə dəki Quran, O zaman yerlərə endirilməmiş. Insanlar Allahı dərk etdi, lakin Həyat mahiyyətcə heç dəyişmədi. Allah əbədidir, insanlar sakin, Haqqa, ədalətə heç qovuşmadı. |
Insanın başına Tanrı dinləri.
Yaşatdılar güman ilə, zənd ilə,
Adəmdən başladı qara günləri.
Fironlar, Amonlar allah adında,
Bütlərə tapındı insan övladı.
Yatdılar tarixin yaddaşlarında,
Min illər keçsədə fayda olmadı.
Allahlar yarandı min bir ad ilə,
Insanın üzünə gülmədi bəxdi.
Məzlumlar doğuldu min fəryad ilə,
Zalımın güc ilə quruldu təxti.
Budda büt deyildi, bütlərə döndü,
Yandı öz odunda külə çevrildi.
Göylərdən nə qədər tanrılar endi,
Insanın vücudu göyə sovruldu.
Prometey dünyanı atəşsiz görüb,
Zevsin dərgahından od oğurladı.
O, neçə allahla üz-üzə durub,
Dünyanın bətninə od dığırladı.
Zərdüşt də dünyaya atəş payladı,
Ancaq bu dünyanın canı qızmadı.
Insanı çevirib allah eylədi,
Tarix bu olayı doğru yozmadı.
Isa inkar etdi çox allahlığı,
Çarmıxa çəkdilər, əfsanələşdi.
Insana çəkdilər yenə göz dağı,
Həyatın mənası nə də dəyişdi.
Dünya anlamayıb İsaya qədər,
Sən demə çox deyil, Allah bir imiş.
Insanlar Allahsız yaşamış hədər,
Musaya, İsaya işarə vermiş.
Bilmədik məqsədi nə imiş görən,
Birliyi haqqında vəhy göndərilməmiş.
Zabur, Tövrat, İncil nə dəki Quran,
O zaman yerlərə endirilməmiş.
Insanlar Allahı dərk etdi, lakin
Həyat mahiyyətcə heç dəyişmədi.
Allah əbədidir, insanlar sakin,
Haqqa, ədalətə heç qovuşmadı.
Çox gözeliydi severek oxudum üryine saxlık
gelemin susmasın usta
Ata yurduma salam................