PROLETARLIQ AQİBƏTİM
Bu
dünyada mən bir fərdəm,
Proletarlıq aqibətim.
Əməyimə güvənirəm,
Var hünərim, cəsarətim.
Barıt, benzin qoxulayan
Məzlumların nəfəsiyəm.
Sərhədləri aşıb gedən
Milyonların haqq səsiyəm.
Silah tutan, yazı yazan
Barmaqlarım, əllərim var
Kürsülərdən hayqıraraq,
Həqq söyləyən dillərim var.
Nə var, dövlət istəmirəm
Yaşamağım mənə bəsdir.
Bu
dünyada mübarizəm
Yaşam tərzi, bir həvəsdir.
İstədiyim haqqlarımdır
Haqqlarımla bir insanam.
Zalımlara baş əyməyən
Üsyankarla mən həmkaram.
İnqilabdan doğulmuşam
Mübarizəm canımdadır.
Ədalətlə bərabərlik
Ta əzəldən qanımdadır.
Zaman-
zaman damarımda
Qara qanı coşdururlar.
Zülmün həddi olmayanda
Səbirimi daşdırırlar.
İnqilablar eyləyirəm
Qara qanı axıdıram.
Hər dövranın tarixini
Gələcəyə oxuduram.
Elə məkan varmı?- deyin
Orda məni əzməsinlər.
Haqqımızı tapdalayıb
Canımızı üzməsinlər.
Mən olmasam burjuyların
Nə dövləti, varı olmaz.
Mən olmasam çöllərində
Bərəkəti, barı olmaz.
Nə qədər ki, xalqın malı
Burjuyların mülkiyyəti.
O.qədər də tükənməzdir
Həm tamahı, həm niyyəti.
Bircə çarə qalır ancaq
Öz malıma yiyə durum.
Sülhlə geri alammasam
İnqilabla möhür vurum.
Əyər mənim inqilabım
Baş tutmasa, onu bilin
Gələcəkdə baş tutacaq
Qan tökmədən haqqa gəlin.
Kim deyir ki, inqilablar
Dövrü gəlib, keçib gedib.
İnqilablar eyləyənlər
Bu
dünyadan köçüb gedib.
Gələcəkdə çoxlu- çoxlu
İnqilablar olacaqdır.
İnsan oğlu gün gələcək
Haqqlarını alacaqdır.
Nə qədər ki, burjuyların
Hökmü məzlum üstündədir.
O qədər də məzlumların
Fikri burjuy qəsdindədir.
İnsan oğlu bu
dünyaya
İstusmara gəlməmişdir.
Məzlum kütlə yaşamağı
Belə ağır bilməmişdir.
Ona görə çılın-çılpaq
Ac-yalavac, ordu batıq.
Yedikləri pendir-çörək
Duzlu şorla şırat-qatıq.
Nə olsun ki, ayaq üstə
Dayanmışlar, ölməmişlər.
Bircə dəfə insan kimi
Sevinməmiş,
gülməmişlər.
Hər.əzaba, istiraba
Dözməyin də bir sonu var.
Sakitləşən dalğaların
Təlatümlü bir anı var.