AĞBABADAN KEÇİB KARSA GETDİLƏR
AĞBABADAN KEÇİB KARSA GETDİLƏR
Bir zamanlar bizim ellər tərpənib, Ağbabadan keçib Kasra getdilər. Bəziləri qəriblikdə yox oldu, Bəziləri tükəndilər, bitdilər. Ağbabadan keçib Karsa getdilər. Yurd salana, həsrət ağır dağ oldu, Ayrılıq, çoxunu yorğana saldı, Kimi də gözünün yaşını sildi, Bəziləri ilim-ilim itdilər, Ağbabadan keçib Karsa getdilər. Coculu dərd yazır, ay aşıq Duman, Bizi çox yandırdı, bu acı dövran, Çal dərdimi, qoy ağlasın saz, kaman, Pislər bizə yaman pislik etdilər. Ağbabadan ellər Karsa getdilər. |
Kalemin susmasın
__________________________Selamlar