GEL KENDİNE DÖNGİNEN
GƏL ÖZÜNƏ DÖNGİNƏN
Öz-özündən uzaqlaşıb yad oldun, Vaxt yetişib, gəl özünə dönginən. Göydən gələn nağıllara aldandın, Içindəki xurafatı yenginən. Vaxt yetişib , gəl özünə dönginən. Ərəb zehniyyəti yoracaq səni, Hər zaman arxadan vuracaq səni, Ayırıb zatından, qıracaq səni, Daha bəsdir göydən yerə enginən. Vaxt yetişib, gəl özünə dönginən. Ərəbləşmək fayda verməz zatına, Yeriməsin nəsillərin qatına, Ehtiyac yox bozqurduna , atına, Qurğulara, maşınlara minginən. Vaxt yetişib, gəl öxünə dönginən. Arxalanma nə urusa, nə farsa, Sən də raket göndər Aya, ya Marsa, Öyrən sirri bu dünyada nə varsa, Çıx kürsüyə əmin-əmin dinginən, Vaxt yetişib, gəl özünə dönginən. Idrak eylə ənəl-həqqi bulmağa, Bu dünyadan kamil dərsi almağa, Həvəslənmə Tanrı qulu olmağa. Ay Coculu, sən də bir şey qanginən. Vaxt yetişib, gəl özünə dönginən. |