CENNET AKTARIR
CƏNNƏT AXTARIR
Xiristian ya barıt, ya da ki, uran, Qoyub boynumuza minnət, axtarır. Müsəlman əlləri göylərə doğru, Torpağın altında cənnət axtarır. Adəm tamah etdi meyvəni dərdi, Yəhudi bu işin sonunu gördü, Xiristian fitvanı gör necə verdi, Müsəlman qırmağa ümmət axtarır. Dünya yenə çalxalanıb qarışır, Böyük güclər bir-biriylə yarışır, Müsəlman birləşir, nə də barışır, Kəsib doğramağa sünnət axtarır. 14.03.2019 |