KORONA ADINDA BARITDI VİRUS
KORONA ADINDA BARITDI VİRUS
Yenə Çin səddini aşıb da keçdi, Korona adında barıtdı virus. Girib Avropanın düz köbəyinə, Kapital qəsrini dağıtdı virus. Hanı burjuyların demokratyası, Demə şüşədəymiş divlərin canı, Məzlum ölür, ancaq tökülmür qanı, Dünyanı dolanıb, qayıtdı virus. Göylərə baxdıqca dağılır İran, Köməyə gəlməyir nə İncil, Quran, İdrak mürgüləyir, yatıbdı Turan, ABŞ-ın özünü bayıltdı virus. Kapital yığmaqla iş düzəlməyir, Bəzən pul çox olur,kara gəlməyir, Elmin bildiyini heç nə bilməyir, Bəlkə də dünyanı ayıltdı virus. Mülkiyyət sahibi varını verməz, Əlində, könlündə səxavət olmaz, Coculu, bu yönlə dünya düzəlməz, Yenidən zamana göz atdı virus. |