Zalım Dünya Daha 5-dən Kiçikdir
ZALIM DÜNYA DAHA 5-DƏN KİÇİKDİR
Dünya dönüb, 5-dən böyük sayılmır, 5-lər bu dünyaya ağalıq edir. Kimlər yatıb qəflətlərdən ayılmır, Gəvəzə danışıb, lovğalıq edir. Elmi olan ağıllıdır, güclüdür, Güc həmişə siyasətdən öndədir. Bu dünyanın ipi iki ucludur, Biri yaxın, birisi çox gendədir. Bir başında 5-lər durub kef edir, Çün ki, dünya, bu 5-lərə bağlıdır. Bir başında gücsüz olan laf edir, Özü kiçik, dilləri çox yağlıdır. Ey! Gücü olmayıb, lovğa danışan, Zor həmişə fəndi qırıb pozubdur. Sən ey divin caynağına ilişən, Böyük güclər , böyük tarix yazıbdır. Bir zamanlar, mən mən idim, var idim, Hər qitədə bir iz qoyub gəlmişəm. Söz sahibi küllü ixtiyar idim, Gücsüz olduğumu indi builmişəm. Zalım dünya daha 5-dən kiçikdir, Çün ki, onun əlləriylə dağılır, Bir yarısı xarabadır, uçuqdur, O birinə haram sərvət yığılır. |
Kalemin daim ilhamın bol olsun
__________________________________Selamlar