ŞAİR DOSTUM
ŞAİR DOSTUM
Bir şair dostum var Ayaz İnamsoy, Yaşayır, yaradır zamandan üstün. Nə zəndə inanır, nə də gümana, Idrakı cilalı, gümandan üstün. Inamın yolunda gözləyib onu, Bu yöndə biçilib əbası, donu, Insan dərgahına çevrilib yönü, Içində insan var, insandan üstün. Özgəlik sevdası yad olub ona, Millətin sevgisi od olub ona, Özünə qayıdış ad olub ona, Inamı haqqdandır, inamdan üstün. Mütləqləşən arzusu var başında, Ulusu var Dədəm Qorqud yaşında, Nişanəsi torpağında, daşında, Gəmisi yol gedir, ümmandan üstün. Coculu inanır ər şairlərə, Zəkası incidən dür şairlərə, Mayası, qayəsi hür şairlərə, Aşanda zirvəni, dumandan üstün. |
Kalemin susmasın
_________________________________Selamlar