HER BAKIŞIN ADI VAR
HƏR BAXIŞIN ADI VAR
Mən həyatın fəlsəfəsin yazanda, O, düşünmür tez etiraz eyləyir. Mən çevirib elmə doğru yozanda, Həqarətlə nağıl, dastan söyləyir. Düz məntiqə söykənəndə elm ilə, Söyləyir ki, etiqadım bitməyib. Çalışıram, öyrənirəm zülm ilə, Nə imanım, nə inamım itməyib. Bu dünyada hər baxışın adı var, Mən də düzəm, o da düzdür özündə. Insan üçün doğması var, yadı var. Mənası var hər kəlamın, sözün də. Mən elmə, o, etiqada inanır, Bu dünyanın ağla, qaradır üzü. Deyirəm ki, yer dayanmır fırlanır, O, deyir ki,Musa bölüb dənizi. Kimi ona, kimi mənə haqq verir, O da haqlı, mən də haqlı oluram. Kimi əyri, kim dünyanı düz görür. O da, mən də fakt önündə qalıram. |
Mən həyatın fəlsəfəsin yazanda,
O, düşünmür tez etiraz eyləyir.
Mən çevirib elmə doğru yozanda,
Həqarətlə nağıl, dastan söyləyir.
Düz məntiqə söykənəndə elm ilə,
Söyləyir ki, etiqadım bitməyib.
Çalışıram, öyrənirəm zülm ilə,
Nə imanım, nə inamım itməyib.
Bu dünyada hər baxışın adı var,
Mən də düzəm, o da düzdür özündə.
Insan üçün doğması var, yadı var.
Mənası var hər kəlamın, sözün də.
Mən elmə, o, etiqada inanır,
Bu dünyanın ağla, qaradır üzü.
Deyirəm ki, yer dayanmır fırlanır,
O, deyir ki,Musa bölüb dənizi.
Kimi ona, kimi mənə haqq verir,
O da haqlı, mən də haqlı oluram.
Kimi əyri, kim dünyanı düz görür.
O da, mən də fakt önündə qalıram.
Ustacaydı; Kutluyorum kalemi yüreği üstad
Beğeni ile okudum
_______________________________________Selamlar