EYİRLER
ƏYİRLƏR
Insanların ümidləri qırılır, Hakkı çəkən mizanları əyirlər. Yazan yazır yazımızı tərsinə, Doğru-dürüst yazanları əyirlər. Itiririk, qazammırıq sir deyil, Böyük tarix yazammırıq sir deyil, Siyasəti yozammırıq sir deyil, Ədalətli yozanları əyirlər. Yatırdırlar söhbət ilə, söz ilə, Aldadırlar çörək ilə, duz ilə, Oxudurlar, oynadırlar saz ilə, Sazlı-sözlü ozanları əyirlər. Hanı Qorqud?- məslək, amal bir deyil, Yolumuzun sonundakı pir deyil, Coculuya, nə millətə sir deyil, Bayanduru, Qazanları əyirlər. |
Yüreğine kalemine sağlık
Yüreğin susmasın
______________________________Selamlar