SON MEKANI VİRANEDİRSON MƏKANI VİRANƏDİR Öz nəfsinə həris olan, aqil deyil divanədir. Lap dünyaya hakim olsa, son məkanı viranədir. Heç kimsəyə qalmayıbdır bu dünyanın sərvətləri, Mal toplamaq, pul toplamaq tamahkara bəhanədir. Ləl-cəvahir təsdiq etmir insanlığın mərəzini, Şəxsiyyəti uca olan ləl-cəvahir, dürdanədir. Sinəsinə enən başın nə qiyməti xalq içində? Qarın üçün əyilənlər qəvvaslara tərsanədir. Ay Coculu bu dünyada gözün də tox, könlün də tox, Olanların günahkarı deməyin ki, zəmanədir. |