ŞƏKİLLƏR
Qaranlıq otaq...
Stolun bir küncündə qaranlıqdan qorxmuş kimi titrəyərək yanan bir şamın qızartısı işıqlandırır onu. Bu qırmızı sərhəddən başlayır yalnızlığın atası, qara zülmətin sonu. Masanın üzərinə şəkillər səpələnmiş, Tarix ağ-qara geyib bəyaz kağızlar üstə küskün bir dəniz kimi dalğa-dalğa ləpələnmiş. ... İllər öncə bu şəkil toyunda çəkilmişdi. Bu qızla, cavan oğlan indi görəsən harda, harda gəzir, dolanır? Bu şəkildə körpələri doğulan o xoş günün, saatın şirin xatirələri zərrələrə əkilmişdi. Deyəsən, dünya kimi... Deyəsən, tarix kimi... Şəkillər də qocalır. Onlar da insan kimi bir gün ölür deyəsən, Şəkillərin ömür şamı bir gün sönür deyəsən. Tarixdən qopub düşən bir yarpaqdır hər şəkil, İnsan bir toxunuşla zamanın şəklin çəkir. Şəkillər gələcəkdən xəbər verir deyəsən, Şəkillər insanların ömrün dərir deyəsən. Xoşbəxt keçən bir anın şirin xatirəsini yaşatsa da qoynunda, Bəzən əzab çəkdirir... ... Bu qaranlıq otaqda şəkillər içrə şair... O keçmiş xatirələr kəndir olub boynunda asılmışdı tavandan. Ölümün acısıyla sıxılmış ovucunda, Bir şəkil əzilmişdi, nişanəydi toyundan. |
__________________________________________Gözeldi severex oxudum ürex sesin susmasın Selamlar