0
Yorum
3
Beğeni
5,0
Puan
1106
Okunma
Güzgüyə baxanda alnımın qırışında
Mən sənin imzanı görmüşəm.
İmzalı, möhürlü
edam fərmanımı görmüşəm,Allah.
Özümü xoşbəxt sanıb yaşasamda,
Xoşbəxtliyin zülmətində
Özümü gömmüşəm.
Daha gücüm qalmayıb
əzablara dözməyə,
Üfləmisən bir ömür
şamımı söndürməyə,
gözün aydın
daha sönmüşəm,Allah.
Daha bəsdir,
kəndirini al boynumdan,
Daha bəsdir, boğulmuşam.
Səndən üzr istəyirəm,
məni bağışla,
Məni bağışla ki,doğulmuşam.
5.0
100% (2)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.