NƏSİHƏTNAMƏ
Övladım, yazıram sənə nəsihət,
Olsun bu sözlərim sənə əmanət. Dostuna sadiq ol, heç vaxt, heç zaman, Üz çevirib ona, etmə xəyanət. Anana, bacına elə ki, hörmət, Özün də kimsədən görəsən hörmət. Kiçiyə mərhəmət, böyüyə hörmət, İnan ki, heç bir vaxt sayılmaz qələt. İsraf eləmə əlindəkini, Dostundan gizlətmə cibindəkini. Qonşun ac yatarkən tox gəzməginən, Əlindəki tikəni onla bölginən. İsraf eləmə, elə qənaət, Qənaət geydirər qızıldan xələt. Vətənə, Torpağa hər vaxt sadiq ol, Vətəni canından həmşə əziz bul. Torpaqdan pay vermə heç vaxt, heç kimə, Xəyanət eləmə Ana dilinə. Təhsilə fikir ver, çalış aqil ol, Vətənə, Millətə layiq oğul ol. Qaldır Bayrağını daim göylərə, Çalış salmayasan onu yerlərə. Düşmən duz bazsa da sənin yararana, Baş əyib qul, kölə olma sən ona. Ən yüksək zirvədə dayansan belə, Yuxardan aşağı baxma millətə. Oğlum, çalışma varlı olasan, Çalış ki, həqiqi insan olasan. Çalışma pulun başından aşsın, Çalış ki, hörmətin dillər dolaşsın. Demirəm çalışma, həmşə kasıb qal, Deyirəm pulunu sən qazan halal. Halal pul qazanmaq versə də cəfa, Ardında gizlənib, rahatlıq, səfa. Haram pul zahirən verirsə səfa, Mənəvi çəkdirər işkəncə, cəfa. Yaxşılığı adət etsən özünə, Var, dövlət pərdə salmaz gözünə. Ey övlad, mümin ol, ibadət elə, Dilinlə, gözünlə hər vaxt zikr elə. Eləmə bunları yalnız ad üçün, Əməlin qoy olsun tək ALLAH üçün. |
Kalemin susmasın
.......................Saygılar