MƏNASIZ SEVGİNİN BİTKİNİYƏM MƏN
Sanmazdım eşqinlə yaşayan ürək
Səni sevdiyinə peşman olacaq. Sanmazdım səni sevməklə ürək Saxta məhəbbətə mehman olacaq. Bilməzdim xəyanət edərsən mənə, Bilməzdim nə vaxtsa aldatacaqsan. Yalandan sevirəm deyib üzümə, Bu saf məhəbbətlə oynayacaqsan. İndi gözyaşımı döndərib selə, Öz nakam eşqimə qəbir qazıram. Yalan vədlərinə,saxta eşqinə Əlimlə edam hökmü yazıram. Məzarın qəlbimdir, başdaşın sevgim, Sevgi dünyasının itkiniyəm əen. Adını qəlbimdən əbədi sildim, Mənasız sevginin bitkiniyəm mən. |
Acı bir yürek sesi ki gelip sardı öteki gönülleri de!
Teşekkür ederim saygılar.