ARTIQ
Sən getdin, arzularım tamam puç oldu,
Xain həsrət qəlbimi vurdu, uçurdu, Bu eşqin qiyməti niyə heç oldu? Yalvarıram, qayıt geriyə artıq. Eşqimin bağçası saraldı, soldu, Gülən ümidlərim yasa qərq oldu, Dilimdə nəğmələr, nəğmələr dondu, Gəl nur saç ömrümə, isindir artıq. Vəsf etmək istədim gözəlliyini, Qələmim qorudu özəlliyini. Köçürsəm kağıza gözəlliyini, Yaşamaq da mənə dərd olar artıq. Dilimin nəğməsi, qəlbimin səsi, Yaralı qəlbimin dəli nərəsi, Ey yer üzünün gözəl pərisi, Qəlbim səni sevdi, unutmaz artıq. |
Kalemin susmasın
.......................Saygılar