SƏN DƏ DURA BİLMƏZSƏN RÜŞVƏTİN QABAĞINDA
Göyün üzü zülmətdi,
göyün üzü qaradır, Dünya elə özü boyda yaradır. Göydən yerə can yağır, Göydən yerə qan yağır, Göydən yerə dəstə-dəstə ölü mələklər yağır, Günahlarımız ərşdən mələk cəsədi sağır. Sınıb saxta qanadlarım, uşaqlıq xəyalları, İnsanların yırtılmış, cırılmış həyaları. Mən görmüşəm şaxtasını, xəzanını baharın, Əfsuslar tez yaşadım uşaqlıq intiharın. Atamın baş daşını bərk-bərk basıb bağrıma, Tüpürmüşəm dünyanın həyasız sifətinə, Allah da gözün yumub, Allah gözün qapayıb İçimi patçalayan bu acı xiffətimə. Aslanlar əsir qalıb çaqqalların əlində, Əqidə də, iman da gizlənib uzun saqqal dibində. İnsanlığı, şərəfi saxlanmaqdadır bankda, Namusunu itirib ya bulvarda, ya parkda. Daşını göydə saxla, salma yerin başına, İnsan yanam bicləşib rüşvət verib verib daşına. Sənə geri döndərər, sırğa et qulağında, Səndə dura bilməzsən, rüşvətin qabağında. |
Səndə dura bilməzsən,
rüşvətin qabağında.
Haxlı söze ne deyim, üreyini salamlıyıram
Çox gözeldi
_________________________________________Salam dost