Məni Basdırarsız Qələm Kağızla
MƏNİ BASDIRARSIZ QƏLƏM, KAĞIZLA
Əlimin bağları çözülüb,indi, Düyünlər, ilmələr atır ürəyimə. İztirablarım,vəfasız sevgim Zəhərli bıçaq kimi saplanıb kürəyimə. Ölüm yetişsə dadıma, çatsa köməyimə, Məni basdırarsız qələm, kağızla Qoyun inləsin qəbrim üstə, bir telli sazla Çalarsız, hamınız oxuyarsız bir ağızla. Sızla,anam,sızla, bacım sızla, Məni basdırarsız qələm, kağızla. Bir gülən şəklimi vurarsız məzarım üstə, Görünməsin iztirabım,əzabım üzdə, Qoy əmanət qalsın şeirlərim sizdə. Məni basdırarsız qələm,kağızla. Deyirlər,"Möcüzə baş verib?"- şair güləndə, Gülə biləcəmmi görən öləndə? Ömrümün çırağı titrəyərək sönəndə, Məni basdırarsız qələm kağızla, Uşaqlığımı özüm dəfn etdim, məni siz basdırın, Başınızdan rədd edin, məzarlıqda azdırın, Naləm eşidilməsin, qəbrimi dərin qazdırın, Nolar qəbrimə onun da adın yazdırın. Məni basdırarsız qələm,kağızla. Qəbrimi tək qoyarsız o qara qızla, Məni basdırarsız qələm,kağızla. |