YIXILIRAM
Yıxılıram, yıxılıram,
İçimdən yıxılıram. Allahın qul bəxtimə qoyduğu bu ölçüdən, biçimdən yıxılıram. Yıxılıram, yıxılıram, Həyatın zülmət quyusuna arzumun dikindən yıxılıram. Heç dadmamış xoşbəxtliyin aşından, Yıxılıram səadətin başından. Utanmadı, utanmadı saqqalından, saçından, Baş aşağı asdı məni, asdı məni Allah qıçımdan. Ömür boyu təkərim dövr eləyib tərsinə, Lənət olsun, Lənət olsun dərzinə. Dolaşdırıb bəxtimin astarını üzünə, Taleyimi tərs tikibdir, Bilmirəm ki, nə deyim, Bilmirəm ki, düzü nə. Ədalətinə tüpürüm, həyat astarından yox, üzündən yıxılıram. Dərəsindən yox, dağından yox, düzündən yıxılıram. Bu həyat yollarında ac və səfil dilənçi, Amma gəl ki ... Sevdamın zümrüd sarayından yıxılıram. Aman Allah, aman, Allah, kömək elə, Mən balamın harayından yıxılıram. Yıxılıram, yıxılıram, İçimdən yıxılıram, Allahın qul bəxtimə qoyduğu bu ölçüdən, biçimdən yıxılıram. 12.08.2015 |
Alqışlıyıram ....
..................................Salamlar
Hayırlı Bayramlar