RUH HALIM
Otuz ildir həyatın
gəzdim küçələrini, Qalxdım yoxuşlarını, endim dərələrini. Həyatımdan yola saldım, İlahi, neçələrini. Ayaqlarım qırıldı, ayaqqabım yoruldu. Bir vaxt edam hökmü yazdığın qələmilə Silahlandım, üsyan etdim mən sənə bilə-bilə. Bir vaxt edam kötüyündə gözümü silə-silə, Əmrin ilə həyatımdan uşaqlığım vuruldu. Lap sənin inadına həyat dediyin şeyə, Tüpürdüm lopa-lopa, özümü verdim meyə. Təbəssümü unudub intiqam deyə-deyə, Ömrümün zülmətləri, qaranlığı quruldu. 28.06.2014 |
Değerli Kardeşim
Tebrikler...
Selamlar...