YANIMDA ADIN ÇƏKİLƏN ZAMAN
Əllərim titrəyir, ürəyim əsir,
Həsrətin şaxtası qılınc tək kəsir, Ömürsə dayanmır, yaman tələsir Yanımda adın çəkilən zaman. Sevgim cuşa gəlir, qanadlanıram, Arzular qanadında hey ucalıram, Mən səni düşünür, səni anıram, Yanımda adın çəkilən zaman. Tamam al-əlvan bəzənir cahan, Başımın üstünü alır həyəcan, Dözməyir hicrana, dözməyir bu can Yanımda adın çəkilən zaman. Dilim söz tutmayır, dolur gözlərim, Gözümün yaşıyla axır sözlərim, İxtiyarsız yerə çökür dizlərim Yanımda adın çəkilən zaman. Parçalanar qəlbim, tamam xar olar, Könül mənzilim də tarimar olar, Hicran ürəyimə hey salır qubar, Yanımda adın çəkilən zaman. Çaylar dilə gələr, gözyaşı tökər, Şəklinə baxdıqca gözüm yaş tökər, Bu eşqin naləsi gözümü tökər Yanımda adın çəkilən zaman. Sən mənim içimdə bir mən olmusan, Hayıf qızılgül tək çox tikanlısan, Dağıdıb qəlbimi viran qoyursan Yanımda adın çəkilən zaman. Bir güldə nə qədər çox olsa tikan, O gülə heç kimsə yetirməz ziyan. Kəsildin qəlbimə qəfil hökmran Yanımda adın çəkilən zaman. |