POMİDORLA KƏNDLİNİN DEYİŞMƏSİŞiirin hikayesini görmek için tıklayın Çox gözəl bostan bitkisi olan pomidor əvvəllər yaxşı gəlir verirdi. Son zamanlar torpağın yavanlaşması bu bitkiyə ciddi təsir etdi. İstənilən məhsul ələ gəlmədi. Yazıq kəndli nə qədər əlləşdi-vuruşdu, bir nəticə olmadı. Axırda çarəsiz qalıb bostanla deyişməyə başladı.
Kəndli:
Yalvarıram, əl-amanda qalmışam, Salma məni gəl azara sən allah. Bütün yazı qulluq edib becərdim, Yay gəlibdi, çıx bazara sən allah. Pomidor: Neyləyim ki əl-amanda qalmısan, Yalvarmaynan mən bizara sən allah. Suyum yoxdu, quruyuram kökümdən, Peyin üçün get düz ara sən allah. Kəndli: Ümidimi bağlamışdım bir sənə, Çəkmə dağı dağ üstündən gəl mənə. Düzüm-düzüm al pomidor ver yenə, Gün vuranda bir qızara sən allah. Pomidor: Nahaq yerə salma özünü dərdə, Qohum-qonşu Rusetdədi alverdə. Nə tapmısan şoran olan bu yerdə? Qazanc üçün get iz ara sən allah. Kəndli: Çox əlləşdim, dərmanını bol edim, Səni qoyum indi hara mən gedim? Qazanc yoxdu özgə yerdə, bəs nedim? Töhmət etmə mən ah-zara sən allah. Pomidor: Qara çora dərmanımı bilmirsən, Ağlayırsan, göz yaşını silmirsən. Çarəsizsən, bir utanıb ölmürsən, Sürüş üzü düz məzara sən allah. Bunu eşidən şair kəndliyə üz tutur: Kəndli qardaş, yaman dolub-daşmısan, Dərd deməyə bir söz ara sən allah. Gümbüldənib ipə-sapa düzməyə, Kədərinə tay söz ara sən allah. Eşitmişdim əkinçidən gileylər, Görməmişdim pomidor da söz deyər. Susuz şitil öz-özünə nə eylər? Gəl həyadan bir üz ara sən allah. Pomidorun nə günahı ay kişi, Durub-durub uzadırsan bu işi. Salma üzə, gəl eyləmə təşvişi, Düşmə belə dərd-azara sən allah. Əflatuna çatdı sənin əhvalın, Yazdı-düzdü ağ kağıza bu halın. Bəsdi yetər, salma ta qalmaqalın, Özü deyir: "Get məzara sən allah". |
Vagif tarafından 7/22/2013 10:50:40 AM zamanında düzenlenmiştir.