QALMIŞAM BU İKİ DAŞ ARASINDA
*****
Dünya,nə gərəksiz yaratdın məni, Nə çiçəkli bahar,nə qarlı qışam. Unudub sevinci,keyfi,nəşəni, Hamıdan,hər şeydən uzaqlaşmışam. * Susub gönül sazım,suskundur ürək, Səmanı bulutsuz görmüyor gözüm. Məni yaşatmayan sevda nə gərək, Özüm öz içimdə kösöyüm,közüm. * Dilimin ucuna gətirdiyim söz, Qəlbimdə acıdı,gözümdə yaşdı. Şeytan deyir vuruş,tanrı deyir döz, Hər günüm.hər anım böylə savaşdı. * Qarşımda uca dağ,yolum duman,çən, Taleyim göz ilə qaş arasında. Gedim mi,dönüm mü,şaşırmışam mən, Qalmışam bu iki daş arasında. * Arsız sıfatlara baxa bilmirəm, Üzümə gülənlər sırtımdan vurur. Düşdüyüm quyudan çıxa bilmirəm, Boğulur,məhv olur içimdə qürur... * Yüz qram dərdimə əlac olsaydı, Bilsəydim ümid var,hələ güman var, İçərdim nə qədər bu ömür paydı, Baxmazdım Quran var,din var,iman var. * Onsuz da günahın içindəyik biz, Halal nə,haram nə bilən varmı heç. Tanrının bir günah göçündəyik biz, Tövbə qapısında ölən varmı heç. * İyini kötüdən ayırmaq əbəs, Nə bir üsulu var,nə qaydası var. Dünyanı təzədən qayırmaq əbəs, Tanrım,dağıt getsin,nə faydası var. *** |