BİR BAĞLAYAN BİR GÜN AÇAR,AĞLAMA
***********
Qocalmazdım,mey xanələr qocaltdı, Eşq cahili biganələr qocaltdı, Sitəm etdi dürdanələr qocaltdı, Kimi baxar,kimi seçər,ağlama, Bir bağlayan bir gün açar,ağlama. * Qara günü baxtına yaz,dedilər, Küsub getdin,adına "naz" dedilər, Yaman günün omrünü az dedilər, Allah kərim,gəlib geçər, ağlama, Bir bağlayan bir gün açar,ağlama. * Dar gömleyin şux bədənə yaraşmır, Siyah zülfün bəyaz dənə yaraşmır, Ölüm mənə,ölüm sənə yaraşmır, O can qalar,bu can göçər,ağlama, Bir bağlayan bir gün açar,ağlama. * Qış gəlməmiş xəzandan al xəbərim, O saraldı,göyərdi qəm-kədərim, Bir gün gəldim,bir gün ölüb gedərim, Yazıq gönlüm,qalma naçar,ağlama, Bir bağlayan bir gün açar,ağlama. *** |