MƏHƏBBƏTİN GÜNAHI
*******
Vaxtsız sevda,vaxtımıdı r,çıx get başımdan, Di,oyatma o yuxulu xatirələri. Ah,könlüm də bezar olub ahıl yaşımdan, Salam vermir,salam almır nə vaxtdan bəri. * O əsmərin ahı tutmuş bəlkə də məni. Dəcəl,şıltaq gəncliyimin bir xətası bu. Son məktubu yadımdadır.Bir də səməni... ,,Filankəsdən filankəsə ha , çatası bu. * İlk məhəbbət atəşinə yanan könlünü Dan yelinin soyuğunda üşüdən oldum. Unutmuram uzaqlara getdiyim günü, ,,Salamat qal,ey qızcığaz!,, deyən mən oldum. * Sübhün qızıl şəfəqləri parıldayanda, ,,Ah,əlvida!,, sözü məni yola salırdı. Əlqapısı arxamızca cırıldayanda, O əsmərin gözü məni yola salırdı... * Hər il bahar çiçəkləri ətir saçanda, İnildəyir bircə-bircə qəlbimin simi. Alır məni o illərə xəyal bir anda- Gecə vaxtı ötüb keçən qatarlar kimi. * Günahımdan keçsin deyə yalvarımmı? Ah, Nə o illər,nə o əsmər qayıtmaz geri. O sevdadan nə qaldı ki?Əbədi günah, Bir də daşa yazdığım o baş hərfləri! *** *** |
İnildəyir bircə-bircə qəlbimin simi.
Alır məni o illərə xəyal bir anda-
Gecə vaxtı ötüb keçən qatarlar
kimi.
*
Günahımdan keçsin deyə
yalvarımmı? Ah,
Nə o illər,nə o əsmər qayıtmaz
geri.
O sevdadan nə qaldı ki?Əbədi
günah,
Bir də daşa yazdığım o baş
hərfləri!
Yürek dizeleri okudum bu güzelliği kalemi kutluyorum,
Selamlar.............
çox gözeldi gardaş salam olsun geleme ürexe............