GƏNCLİYİM
Hərdən düşünürəm səni kədərlə,
Quş kimi əlimdən uçan gəncliyim. Mən ha çalışıram bir də görüşəm, Məndən uzaqlara qaçan gəncliyim. Həyat yollarını eylədim yarı, Başımın ağlığı dağların qarı. Cavanlığım məndən küsməsin barı, Ömrümə nur, işıq saçan gəncliyim. Səninlə öyündüm çox zamanları, Saymadım nə yaxşı, nə yamanları. Hələ də başımda o dumanları, Eşqin badəsindən içən gəncliyim. Hərdən alışardın, hərdən yanardın, Özünü bir özgə aləm sanardın. Həyatı əyləncə, oyun qanardın, Gül kimi ömrümdə açan gəncliyim. Necə də işvəli halların vardı, Düşünərdin, dünya sənə də yardı. Nəhayət, anladın meydanı dardı, Acıqla ömrümdən köçən gəncliyim. Əflatun həsrətin hər bir an çəkir, Ömür bostanında dərdi-qəm əkir. Ağlayır, gözündən qanlı yaş tökür, Bir də görəm səni haçan, gəncliyim? |
saçımın ağlığından kelbin heç daralmasın" demişti büyük üstad Bahtiyar Vahapzade...
Geçti gençliğimin alev örgüsü, Bir çağlayan idim denize döndüm..
geçti...
Selam ve muhabbetle...