SEVƏ-SEVƏ
***
Gözlərindən sevgi yağır, Sən cilvəli,mən bir fağır, Gündüz çağır,gecə çağır, Gəlim səni sevə-sevə. * İstə gözümün qarasın, Verim qəlbimin parasın, Saçlarını qoy darasın Əlim,səni sevə-sevə. * Sən xəzrisən,mən gilavar, Sən ilk bahar,mən son bahar, Qoynunda ölməyə nə var, Ölüm səni sevə-sevə. * Sənə incik sözmü dedim, Küsdürmüsən,bəs nə edim, Bu dünyadan ölüm gedim, Gulum səni sevə-sevə. * Xəzri və gilavar-Xəzər dənizindən kıyıya və kıyıdan Xəzər dənizinə əsən ruzgar. |