0
Yorum
0
Beğeni
0,0
Puan
898
Okunma
Kokumuş çoplüklərdə
nə axtarırsınız,
sokak köpekleri?
Ac mədələrdən artıq
qalmış bir şeymi var?
Yanbızınıza dəyən
ayak təkmələrinin
acısını mən çəkirəm.
Taş divarlara çizilmiş
rəsmlərə böylə baxmayın.
Siz rəsmlərdən
nə anlarsınız ki!
Danqaz kəmiklər qədər
tadı qalmamış hayatın.
Sizi bu sokaklar yaşatmaz,
məni yaşatdığı kimi,
sokak köpekleri!
Mən dözməyi bilirəm!
Arxamca atılan
nimdaş çəkmələrin,
suratıma vurulan
sillələrin,
qulaqlarıma söylənən
təhdidlərin
havasına alışmış biriyəm.
Siz bu taş
səkilər boyunca
axıb gedən hayatı
nə anlarsınız ki,
sokak köpəkləri!
Hırslı baxışların,
donuq təbəssümlərin
qonduğu sıfatlardan
keçib gedirəm hər axşam.
Abırsız erkeklerin
yekrənğ hırıltılarında
kadersiz hayat qadınlarının
kısa ətəklərində
ölüb gedir mənim
ən gözəl hisslərim,
siz anlamazsınız,
sokak köpekleri,
heç anlamazsınız!
Tək siz deyilsiniz ki,
yurdsuz-yuvasız ,
evsiz-eşiksiz qalan.
Dəli yağmurların nəmi,
quru şaxtaların donu
dizlərimin ağrısında,
ciyərlərimin xışıltısında,
eşitməzsiniz,as la...
İnsanların topa-topa
axıb getdiyi
bu sokaklarda
insanlıq ölür,
amma siz bilmirsiniz,
sokak köpekleri!
Qara torpaqlar,
koskoca şəhərlər,
və süslənmiş sokaklar
hələ Vətən deyildir,
siz anlamazsınız.
Sizin hak etdiyiniz
hayat,
mənim hak etdiyim
şərəf və ləyaqət olmayınca
bu sokaklar
Vətən deyildir,
sokak köpekleri!
*
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.