AY SEÇİCİLER
AY SEÇİCİLƏR
Seçkiyə az qalıb, ay seçicilər, Söz vermə yarışı başlanır yenə. Deyəsən ümidlər xalqa qalıbdır, Nəzərlər millətə tuşlanır yenə. Biri öz xalqına xidmətdən deyir, Biri də işiylə iftixar edir, Biri yol çəkməklə seçkiyə gedir, Birinin bostanı daşlanır yenə. Kiminin vədləri geninə-boldu, Kiminin tytduğu siyasi yoldu, Kiminin sözləri şəkərdi-baldı, Kimi də arxayın, xoşlanır yenə. Deyirlər, insana yaxşılıq qalır, Kimi də qaçqına yardımçı olur, Kimi də çömçəni əlinə alır, Kasıbın qazanı aşlanır yenə. Bir təzə söz deyən olmayıb hələ, Hərbəni-zorbanı veriblər dilə, Coculu, imkandır düşübdür ələ, Köhnə ifadələr işlənir yenə. |
çok çok güzeldi değerli üstadım
candan tebrik eder saygılar sunarım hoşcakalınız..