Ömürlük Seçirik Biz Vekilleri
ÖMÜRLÜK SEÇİRİK BİZ VƏKİLLƏRİ
Vəfalı xalqıma heyran olmuşam, Ömürlük seçirik biz vəkilləri. Tanıya bilmirik millət içində, Əməli, nə sözü düz, vəkilləri. Ömürlük seçirik biz vəkilləri. Canımızdan, qanımızdan keçirik, Eynisini dəfələrlə seçirik, Nə əkirik, elə onu biçirik, Durub arxamızda, söz vəkilləri Ömürlük seçirik biz vəkilləri. Ildən-ilə hey bərkiyir dişləri, Aşırırlar neçə-neçə işləri, Işdən-gücdən açılmayır başları, Ay aman tutmasın göz, vəkilləri. Ömürlük seçirik biz vəkilləri. Ustalıqla havamızı tuturlar, Iclaslarla başımızı qatırlar, Kürsülərdən bülbül kimi ötürlər, Yetişir məclisin öz vəkilləri. Ömürlük seçirik biz vəkilləri. Ay Coculu, axı biz də Şərqliyik, Onlar kimi dərdimiz var, dərdliyik. Çün ki, yaranışdan o peyvəndliyik, Oyatmır çalınan saz, vəkilləri. Ömürlük seçirik biz vəkilləri. |