BİR AŞIK VAR
BİR AŞIQ VAR
Bir aşıq var söyləmirəm adını, Saz çalanda dınqır-danqır eyləyir. Avazını dinləyənlər “məst” olur, Oxuyanda anqır-anqır eyləyir. Hər örkəndən, hər kəndirdən uc alır, Nadanların gözlərində ucalır, Söz biləndən, saz çalandan öc alır, Rişxənd ilə yanqır-yanqır eyləyir. Öz qabında çox qaynayır daşmayır, Illər keçir sənətində bişməyir, Ancaq yenə səhnələrdən döşməyir, Dinləyənlər donqur-donqur eyləyir. Çox gözlərə, qulaqlara soxulur. Təltifləri yaxasına taxılır, Bir paz olur pərçimlənir, tıxılır, Coculu da, andır-andır eyləyir. |