TÜRK - ƏDALƏT QALASI
Deyirəm nə yaxşı ki, bu dünyada türk adlı
Bir millət yaradılıb. Allahın işidi bu, şirin sözlü, bal dadlı, Bir millət yaradılıb. Dünənin işi deyil bu millətin varlığı, Milyon illər olubdur düzlüyə bağlılığı. Tarixlərdə şərəfli, hünərli olubdular, Həmişə igidliyə, qeyrətə dolubdular. Adları, ünvanları bütün dünyanı tutub, Şər-böhtanı, pis işi özündən kənar atıb. Ədalətin carçısı, Haqqın sağ əli olub, Adları çəkiləndə, düşmən saralıb-solub. İslamın bayrağını şax ucaldıb göylərə, Ərəb oğlu susanda, çəkib dəhşətli nərə. Hücum edən zamanda ingilis, fransızlar, Həmişə olub öndə. Allahsızlar, qansızlar Haqqa yağı olanda, qoca türküm durmayıb Xəlvət yerdə, dalanda. At çapıb, qılınc tutub, Xain düşmən əsgərin didib, dağıdıb atıb. Millətin birliyiyçün yatmayıb gündüz-gecə, Çətinliyi, zorluğu heç almayıbdır vecə. Dünyanın düzlüyünə çalışmaq olub işi, Vətəni, dini üçün vuruşmaq olub işi. Dilində "Allah" sözü, Haqqa boyun əyibdir, Haqq yolunda həmişə şücaət eyləyibdir. Həyatın yollarında çox əzablar çəkiblər, Qoca tarix söyləsin, necə toxum əkiblər. Ancaq ki dinc durmayır hiyləgər şeytanbazlar, Türk içinə qarğaşa salır çənəsi sazlar. Neçə yerə bölünüb, dağılıb pərən-pərən, Amma yenə varlığın saxlayıb ərən-ərən. Dəniz tək, ümman kimi, coşur türküm dünyada, Dağılmış soydaşını salır indi o yada. Ay-ulduzlu bayraqla yüksələcək göylərə, İstiqlal havasıyla nur səpəcək o yerə. O günləri görəcək yəqin türkün balası, Çünki daima olmuş ədalətin qalası! |