GƏL ALDANMA BU DÜNYAYA
Axır sonu köç etmək var,
Gəl aldanma bu dünyaya. Nəhayətdə bir getmək var, Gəl aldanma bu dünyaya. Qıydı neçə şirin cana, Ağlar qoydu yana-yana. Bac vermədi Süleymana, Gəl aldanma bu dünyaya. Düzə saldı o Məcnunu, Əsli-Kərəm söylə hanı? Vəfasızdır yaxşı tanı, Gəl aldanma bu dünyaya. Yaşasan da çox nə qədər, Axır boğar səni kədər, Gözəl ömrün olar hədər, Gəl aldanma bu dünyaya. Baxma çoxdur dövlət-varı, Qoynundadır şahmar-marı. Ayrı saldı neçə yarı, Gəl aldanma bu dünyaya. Bu gün verər, sabah alar, Ona uyan məlul qalar. "Of" demədən oda salar, Gəl aldanma bu dünyaya. Dostluğuna yox etibar, Bel bağlasan darda qoyar. Könül versən gözün oyar, Gəl aldanma bu dünyaya. Ovçu kimi torun qurar, Xam düşəni beldən vurar. Beşcə arşın ağa sarar, Gəl aldanma bu dünyaya. Əflatuna bir qulaq as, Çəkin, ona etmə həvəs. Ehtiraslı meylini kəs, Gəl aldanma bu dünyaya. |