YÜZ İL DƏ
Xilqətindən əyri olan nanəcib,
Düzələrmi keçsə zaman yüz il də. Heç nədəncə qarışdırar aləmi, Tayı olmaz qərinədə, yüz ildə. Bəd əməldən çəkməz dadı-amanı, Xoş üz görsə cin başında dolanı, Heç bir vaxtı bilməz yaxşı-yamanı, Tarix ötə, gözləyəsən yüz il də. Əflatuna nazın satar utanmaz, Öz sözünün mənasını anlamaz, Eləsi var heç zamanda bulunmaz, İstər dolan, axtar-ara yüz il də. |