EŞQİNƏ (deyişmə)
Aşıq Ziyəddin:
Külli aləm zikr eyləyir Sübhanallah eşqinə, İki demə bir Allaha Qulhuvallah eşqinə. Uyma iblis əməlinə, çıxma haqqın yolundan, Duz-çörəyin halal qazan bir Bismillah eşqinə. Əflatun Keşəli: Külli aləm yaranıbdır Rəsulullah eşqinə, Adı dildə car olubdur o bir Allah eşqinə. Unutma gəl həqiqəti, doğru yola boyun əy, Haqqı dildə zikir eylə Kəlamullah eşqinə. Aşıq Ziyəddin: Arif olan dinlə məni, sənə nələrdən deyim, Ulduzlardan, kəhkəşannan, yeddi göylərdən deyim, Bar ilahım nəzər qıldı bircə zərrədən deyim, Yaratdı cümlə cahanı Həbibullah eşqinə. Əflatun Keşəli: Sözlərimi doğru qanan dosta qurbandı canım, Zatı qırıq müxənnətdən nə anlayım, nə qanım? Ustadların kəlamını dərdimə dərman sanım, Haqq yolunu izhar edim Vəliyullah eşqinə. Aşıq Ziyəddin: Qüdrətindən xəlq olundu canlı-cansız hər nə var, Dağa-daşa ziynət vurdu, dünya oldu bərqərar. Aşıq Ziyəddinə özü pənahdı pərvərdigar, Bağışlanar günahlarım Rəsulullah eşqinə. Əflatun Keşəli: Şəriətdə, yol-ərkanda gəl eyləmə sən səbir, Gecikərsən, yol çaşarsan, odur dəryayi-kəbir, Ay Əflatun, sözlərini bəyan eylə birbəbir, Haqqın kəlamın gətirən Nəbiyullah eşqinə. |
AŞIK EFLETUN VE ZİYADİNE selam
ve sevgilerimi gönderiyorum.
AŞIK SELAMİ...