BU DÜNYA
Kimiyə şirindir, kimiyə acı,
Allahın bildiyi sirdi bu dünya. Kimisi bir şirin sözün möhtacı, Kimiyə gövhərdi, dürdü bu dünya. Kimini oynadır zər tək əlində, Kimini ağladır nalə dilində, Kimini gəzdirir həsrət çölündə, Kimiyə bağçadı, bardı bu dünya. Ağırdan ağırdı yükü çəkənə, Şilləsi yamandı dizə çökənə. Amanı yox bir dincələ, sökənə, Bir belə dəhşətdi, zordu bu dünya. Kimiyə dövləti yox yerdən verir, Önünə zər-ziba, cəvahir tökür, Kiminin qəlbini sap kimi sökür, Kiminin başına dardı bu dünya. Əflatun illəri yan-yana düzür, Belə bir gərdişi heyrətlə süzür, Bu qoca dünyanı pərişan gəzir, Başdan-sona ahu-zardı bu dünya. |