KAMANDAR ZİRVƏSİ (75 illik yubileyi münasibəti ilə)Şiirin hikayesini görmek için tıklayın Hər sənətin özünün, əlbəttə, öz sənətkarı var. Lakin sənətdə dahi olmaq hər sənətkara nəsib olmur. Bu Allahın işidir. Dahilik bir yana, sənətdə ustadlıq da bir ilahi vergidir. Bu da hər kəsə qismət olan deyil. Bu mənada Borçalı Aşıq Kamandar öz sənətində bütün etapları keçib dahilik məqamına ucalmış bir sənətkardır. XX əsrin əvvəlində Göyçəli Aşıq Ələsgər öz sənəti ilə bu məqamın hansı səviyyəsinə ucalmışdısa, əsrin sonunda Borçalı Aşıq Kamandar həmin məqamın ən yüksək pilləsində ikinci bir zirvəyə ucaldı. Kamandar zirvəsi elə bir ucalıqdır ki, oradan yalnız Borçalı, Azərbaycan deyil, bütün türk dünyasına günəş kimi sönməyən, əbədi bir nur saçılır. Bu barədə söz folklorçu alimlərindir. Mən isə öz ürək sözlərimi belə deyirəm ki, mən fəxr edirəm, belə bir dahi sənətkarla bir eldə, Kürüstü elində yaşamışam. Onunla şəxsən tanış olmuş, müəyyən söhbətlər etmişəm. Ondan bəzi tövsiyyələr almışam. Bir din xadimi kimi, ona Allahdan rəhmət diləyir, ruhun şad olsun ustad - deyirəm. Sözlərimi bu misralarla tamamlayıram:
Sənətinlə dahilərə qarışdın,
Sən qazandın adı - sanı, Kamandar. Kim unudar neçə tarix keçsə də, Sənin kimi bir insanı, Kamandar. Ucaldıqca ucalardan güc aldın, Zirvə oldun, qartallardan bac aldın, Qədir bilən millətindən tac aldın, Yaşadacaq ellər səni, Kamandar. Borçalıya bəzək oldun adınla, Aşıqlara şəkər oldun dadınla, Bu sənətdə alov oldun odunla, Sənin kimi ustad hanı, Kamandar. Sən ölmədin, ürəklərdə yerin var, Sevənlərin qoy çəkməsin intizar, Əkdiyin bağ bu gün verir bəhrə-bar, Rəhmət sənə qəni-qəni, Kamandar. Şah vüqarlı, yenilməyən ozansan, Borçalıma şirin layla yazansan, Hər pərdəyə incə güllər düzənsən, Sənətinin söz ümmanı, Kamandar. Sazın-sözün sambalı sən, sanı sən, On bir telin sultanı sən, xanı sən, Havacatın ruhu sənsən, canı sən, Sənə bağlı çox ünvanı, Kamandar. İlahidən vergi belə hikmətin, O barmaqlar bir də yarana çətin, Əflatunam, vurğunuyam sənətin, Millətimin şöhrət-şanı, Kamandar. Telli sazın ruhu, canı, Kamandar. 20.10. 07. |