VƏTƏN EŞQİ
Vətən dedim, ürəyimdə neçə arzu oyandı,
Üzüm güldü, xəyallarım min bir rəngə boyandı. Qucaq açıb uşaq kimi ağuşuna can atdım, Məcnun könlüm təşnə olub atəşinə dayandı. Dilimdəki şirin sözüm bir anadı, bir vətən, Mən olaydım çəmənində gül yerinə hər bitən. Nə anlayar qiymətini nadanlıqla yan ötən, Sevənlərin dilindədir vətən eşqi, yurd andı. Əflatunam, mən qurbanam şirin-şəkər dadına, Nəğmə deyib, tərif qoşum ünvanına, adına. Sənsiz yanıb kül olaram alovuna, oduna, Görən deyər bu ocaqda nə alışdı, nə yandı? |
Vətən dedim, ürəyimdə neçə arzu oyandı,
Üzüm güldü, xəyallarım min bir rəngə boyandı.
Qucaq açıb uşaq kimi ağuşuna can atdım,
Məcnun könlüm təşnə olub atəşinə dayandı.
Dilimdəki şirin sözüm bir anadı, bir vətən,
Mən olaydım çəmənində gül yerinə hər bitən.
Nə anlayar qiymətini nadanlıqla yan ötən,
Sevənlərin dilindədir vətən eşqi, yurd andı.
Əflatunam, mən qurbanam şirin-şəkər dadına,
Nəğmə deyib, tərif qoşum ünvanına, adına.
Sənsiz yanıb kül olaram alovuna, oduna,
Görən deyər bu ocaqda nə alışdı, nə yandı
YÜREĞİNE SAĞLIK ÜSTADIM