KEŞƏLİ
Sən mənə ikinci ana olmusan,
Adına heyranam özüm, Keşəli. Mən səndə görmüşəm isti qucağı, Vuran qəlbim, görən gözüm, Keşəli. Hər keçən günlərin bir tarix olur, Şöhrətin ellərə səs-səda salır, Gözəl arzuların min ilham alır, Tükənməz söhbətim, sözüm, Keşəli. Müdriklər yurdusan, səbr timsalı, Namuslu, qeyrətli, abır-həyalı. Həqiqət yolunda düzə dayalı, Göstərər hər işdə dözüm Keşəli. Səndən ayrılanın kəsilməz yaşı, Sənə söykənənin ucadır başı. Elə açmısan ki mənə ağuşu, Daim qalasıdır izim, Keşəli. Əflatun səninlə öyünür müdam, İsti qucağında alışan odam. Sənə kəm baxana özgəyəm, yadam, Hər zaman bizimsən, bizim Keşəli. |