BAĞLIYAM
Özüm dağlar oğlu, məskənim aran,
Hay-haraylı bir diyara bağlıyam. Göy çeşməli, bol meyvəli, ətirli, Süfrəsində geniş vara bağlıyam. Həmişə nəşəli olan çağların, İnsanı heyrətə salan bağların, Buluddan bac alan uca dağların, Başındakı dümağ qara bağlıyam. Ölkələr gözəli Borçalım mənim, Oğlunu, qızını candan sevənim. Mən sənin adını hörmətlə anım, Qoy bilsin eşidən hara bağlıyam. Nə çoxdur obalar, ellər dünyada, Başıma dar olar sənsiz dünya da. Səni heç bir zaman vermərəm yada, Sənin kimi bir dildara bağlıyam. Elim Yırğançaydı, obam Keşəli, Hər yanı təpəli, dağlı, meşəli. Əflatunam, sazlı, sözlü, nəşəli, Belə gözəl nazlı yara bağlıyam. |
Kutlarım şairi beğeniyle okudum
SAYGIMLA