HƏYATIN HƏR ANI, DUYSAN, ŞEİRDİ
Hərdən sevinc olur, hərdən də qəmli,
Hərdən nəşə olur, hərdən də dəmli, Hərdən zilə dönür, hərdən də bəmli, Dünən bir şairi gördüm, deyirdi, Həyatın hər anı, duysan, şeirdi. Acılı-şirinli bu ömür yolu Mənəvi hikmətlə doludur-dolu. Düşün gəlib keçən ayları-ili, Dünən bir qocadan sordum, deyirdi, Həyatın hər anı, duysan, şeirdi. Çəməndə çiçəyə, bağda gülə bax, Hərdən də birini dər, döşünə tax. Ülvi duyğularla bulaq kimi ax, Bir rəssam önündə durdum, deyirdi, Həyatın hər anı, duysan, şeirdi. Ana təbiətin seyrinə daldım, Gözəl görkəmindən mən ilham aldım, Gah dağa dırmandım, gah çöldə qaldım, Səyyahlar yanına vardım, deyirdi, Həyatın hər anı, duysan, şeirdi. Nadandan gen gəzdim, aqil aradım, Safı çürüyündən seçib-daradım, Dedim gözəl sözdən mən də bir dadım, Qananla ülfəti qurdum, deyirdi, Həyatın hər anı, duysan, şeirdi. |